Bakıda vergi sistemi üzrə forum: yeni idarəetmə modeli və data əsaslı qərarlar müzakirə olunur

Bakıda vergi sistemi üzrə forum: yeni idarəetmə modeli və data əsaslı qərarlar müzakirə olunur

RƏSMİ
526

Fins.az - Bakıda “Vergi sistemində gələcəyə baxış: yeni idarəetmə modeli və data əsaslı qərarlar” mövzusunda forum təşkil olunub. Tədbirdə Baş nazirin müavini Samir Şərifov, iqtisadiyyat naziri Mikayıl Cabbarov, Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli və digər yüksək vəzifəli şəxslər iştirak edirlər.

Forumun əsas məqsədi vergi sistemində yeni idarəetmə modellərinin, rəqəmsal həllərin və data əsaslı qərarvermə mexanizmlərinin təqdim olunması, həmçinin vergi qanunvericiliyində aparılan dəyişikliklərin və müasir inzibatçılıq yanaşmalarının müzakirəsidir.

Tədbir çərçivəsində vergi sistemində gender məsələlərinə dair videoçarx nümayiş olunacaq və intizamlı vergi ödəyicilərinin təltif mərasimi keçiriləcək.

Forum zamanı rəqəmsal iqtisadiyyatın inkişafı və vergi inzibatçılığında rəqəmsal həllər mövzusunda təqdimatlar təşkil olunub. Burada 4SİM-in icraçı direktoru Fariz Cəfərov, Dövlət Vergi Xidmətinin Data analitika idarəsinin rəisi Roman Bandurin və Rəqəmsal vergi inzibatçılığı baş idarəsinin şöbə rəisi Günay Mahmudova çıxış ediblər.

Bundan əlavə, Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanov və şöbə rəisi Gülnar Ağazadə vergi qanunvericiliyinə edilmiş dəyişiklikləri və formalaşmış stereotipləri təqdim ediblər. Forum çərçivəsində vergi ödəyicilərinə təşəkkür videoçarxı nümayiş etdirilib və növbəti təltif mərasimi keçirilib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Bakıda vergi sistemi üzrə forum: yeni idarəetmə modeli və data əsaslı qərarlar müzakirə olunur — Fins.az — Fins.az