Bakı innovasiya və irsin uğurlu sintezinin nümunəsidir - Esvatini Kralı III Msvati

Bakı innovasiya və irsin uğurlu sintezinin nümunəsidir - Esvatini Kralı III Msvati

RƏSMİ
351

Esvatini Kralı Əlahəzrət III Msvati Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində çıxış edərək Bakını zəngin tarixi irsi qorumaqla yanaşı, innovasiya və tərəqqini uğurla birləşdirən şəhər nümunəsi kimi dəyərləndirib.

Fins.az xəbər verir ki, Esvatini kralı bu fikirləri WUF13-ün Liderlər Sammitində səsləndirib və Azərbaycanın paytaxtında həyata keçirilən inkişaf və modernləşmə proseslərini yüksək qiymətləndirib.

Onun sözlərinə görə, Bakı öz tarixi dəyərlərini qoruyaraq müasir şəhərsalma yanaşmalarını uğurla tətbiq edir və bu, şəhərin qlobal miqyasda fərqlənməsinə imkan yaradır.

III Msvati çıxışında WUF13 forumunun “Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusunun xüsusi əhəmiyyət daşıdığını vurğulayıb və urbanizasiya, mənzil çatışmazlığı, iqlim dəyişiklikləri kimi problemlərin bütün ölkələr üçün ortaq çağırış olduğunu qeyd edib.

O bildirib ki, bu çağırışların həlli üçün dövlətlər, özəl sektor və vətəndaş cəmiyyəti arasında əməkdaşlığın gücləndirilməsi vacibdir.

Esvatini Kralı həmçinin ölkəsinin insan mərkəzli inkişaf modelinə əsaslanaraq əlçatan mənzil və sosial inklüzivlik siyasəti həyata keçirdiyini diqqətə çatdırıb.

Onun sözlərinə görə, WUF13 çərçivəsində aparılan müzakirələr gələcəkdə daha təhlükəsiz, inklüziv və dayanıqlı şəhərlərin formalaşmasına mühüm töhfə verəcək.

Qeyd edək ki, WUF13 mayın 17-dən 22-dək BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin əməkdaşlığı ilə Bakıda keçirilir və tədbir qlobal şəhərsalma problemlərinin müzakirəsi üçün müxtəlif ölkələrin liderlərini, ekspertləri və tərəfdaşlarını bir araya gətirir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Bakı innovasiya və irsin uğurlu sintezinin nümunəsidir - Esvatini Kralı III Msvati — Fins.az — Fins.az