
Azərbaycan–Latviya parlament əlaqələri çərçivəsində aqrar sahədə əməkdaşlıq imkanları müzakirə olunub
Milli Məclisin sədri Sahibə Qafarovanın tapşırığı ilə Azərbaycan–Latviya parlamentlərarası əlaqələr üzrə işçi qrupun nümayəndələri Riqada görüşlər keçirirlər.
Fins.az xəbər verir ki, nümayəndə heyətinə Beynəlxalq Parlamentlərarası İttifaqının (IPU) vitse-prezidenti Milli Məclisin deputatı Sevil Mikayılova, işçi qrupun rəhbəri Kəmran Bayramov və qrupun üzvü, deputat Fazil Mustafa daxildir.
Məlumata görə, Azərbaycan parlamentariləri martın 9-da Latviyanın kənd təsərrüfatı naziri Armands Krauze ilə görüşüblər. Görüş zamanı tərəflər iki ölkə arasında aqrar sahədə əməkdaşlıq potensialını müzakirə ediblər və qarşılıqlı əlaqələrin gücləndirilməsi istiqamətində fikir mübadiləsi aparıblar.


