Azərbaycanla strateji tərəfdaşlığın möhkəmləndirilməsi əsas hədəfdir - Ciorcia Meloni

Azərbaycanla strateji tərəfdaşlığın möhkəmləndirilməsi əsas hədəfdir - Ciorcia Meloni

RƏSMİ
267

İtaliya Azərbaycanla uzunmüddətli strateji tərəfdaşlığın möhkəmləndirilməsini hədəfləyir.

Fins.az əbər verir ki, bu barədə İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni mayın 4-də Azərbaycana səfərinin yekunlarına dair “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

O qeyd edib ki, Bakıya səfərin məqsədi İtaliya üçün konkret və uzunmüddətli əhəmiyyət kəsb edən strateji tərəfdaşlığı möhkəmləndirməkdir.

Meloni vurğulayıb ki, Azərbaycanla enerji, təhlükəsizlik, əlaqəlilik, investisiyalar və siyasi dialoq sahələrində artıq mövcud olan əməkdaşlığın daha da gücləndirilməsi və onun getdikcə xalqlar üçün konkret imkanlara çevrilməsi hədəflənir.

“Mürəkkəb proseslərin getdiyi bir dövrdə etibarlı tərəfdaşlıqlar xüsusi əhəmiyyət kəsb edir. İtaliya ilə Azərbaycan arasındakı münasibətlər də məhz belə tərəfdaşlıqlardan biridir”, – deyə paylaşımda bildirilib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanla strateji tərəfdaşlığın möhkəmləndirilməsi əsas hədəfdir - Ciorcia Meloni — Fins.az — Fins.az