
Azərbaycanın xarici dövlət borcunun strukturu açıqlanıb
2026-cı ilin 1 aprel tarixinə Azərbaycanın xarici dövlət borcu 4 milyard 689,3 milyon ABŞ dolları təşkil edib ki, bu da 2026-cı il üzrə proqnozlaşdırılan ÜDM-in 6,1%-nə bərabərdir.
Fins.az-ın məlumatına görə, bu barədə Azərbaycan Respublikası Maliyyə Nazirliyi açıqlama yayıb.
Məlumata əsasən, 2026-cı ilin 1 yanvar tarixi ilə müqayisədə xarici dövlət borcu 124,2 milyon ABŞ dolları məbləğində azalıb.
Bildirilib ki, borcun valyuta strukturunda avronun payı 6,1%, Beynəlxalq Valyuta Fondu tərəfindən emissiya olunan Xüsusi Borcalma Hüquqlarının (XBH) payı 3,1%, yapon yeninin payı 3,1%, digər valyutaların payı isə 1,6% təşkil edib.
Hesabatda qeyd olunub ki, dəyişkən faiz dərəcəsi ilə olan öhdəliklər xarici borcun 49,1%-ni, sabit faiz dərəcəsi ilə olan öhdəliklər isə 50,9%-ni təşkil edir.
Eyni zamanda, xarici dövlət borcunun 59,2%-i 5 ilə qədər olan müddətdə, 35,4%-i 5 ildən 10 ilə qədər olan müddətdə, 5,4%-i isə 10 ildən yuxarı olan müddətdə kreditorlara qaytarılmalıdır.