Azərbaycanın strateji valyuta ehtiyatları 88,4 milyard dollara çatıb - Sahil Babayev

Azərbaycanın strateji valyuta ehtiyatları 88,4 milyard dollara çatıb - Sahil Babayev

RƏSMİ
258

2026-cı il iyunun 1-nə Azərbaycanın strateji valyuta ehtiyatlarının həcmi 88,4 milyard ABŞ dollarına çatıb.

Fins.az xəbər verir ki, bu barədə maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı məlumat verib.

Nazir bildirib ki, Azərbaycan dövlət borcunun ümumi daxili məhsula (ÜDM) nisbətinin ən aşağı olduğu ölkələr sırasındadır.

Onun sözlərinə görə, hazırda dövlət borcu 24,1 milyard manat təşkil edir ki, bu da proqnozlaşdırılan illik ÜDM-in 18,4 %-nə bərabərdir.

S.Babayev qeyd edib ki, 2025-ci ilin sonuna dövlət borcu 26 milyard manat və ya illik ÜDM-in 20,1 %-i səviyyəsində olub. Bu göstərici 2025-ci ilin əvvəli ilə müqayisədə 1,6 faiz bəndi azdır.

Nazirin sözlərinə görə, ilin sonuna dövlət borcu portfelinin 17,8 milyard manatı daxili dövlət borcunun, 8,2 milyard manatı isə xarici dövlət borcunun payına düşüb.

O əlavə edib ki, hesabat dövründə dövlət borcunun məzənnə və xarici bazar risklərinə həssaslığı azalıb. Eyni zamanda, dövlət istiqrazlarının orta ödəmə müddəti il ərzində 2,2 dəfə artıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanın strateji valyuta ehtiyatları 88,4 milyard dollara çatıb - Sahil Babayev — Fins.az — Fins.az