Azərbaycanın müdafiə nazirinə yeni müavin təyin olunub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, Prezident İlham Əliyevin imzaladığı sərəncamla Qurbanov Aqil Səlim oğlu müdafiə nazirinin müavini vəzifəsinə təyin olunub.