Azərbaycanın hava limanlarında tranzit zonalar yaradılacaq

Azərbaycanın hava limanlarında tranzit zonalar yaradılacaq

RƏSMİ
457

Azərbaycanın beynəlxalq hava limanlarında üçüncü ölkəyə səfər edən sərnişinlər üçün tranzit zonalar yaradılacaq.

Fins.az xəbər verir ki, bu, İlham Əliyev tərəfindən təsdiqlənmiş “Hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair Qaydalar”da əksini tapıb.

Sənədə əsasən, hava limanından üçüncü ölkəyə gedən hava gəmisinin heyət üzvləri, sərnişinlər və onların baqajları sərhəd nəzarəti prosedurlarını keçmədən və 24 saatdan artıq olmayan müddət üçün viza tələb edilmədən hava limanında qala biləcəklər. Bunun üçün ölkənin beynəlxalq hava limanlarında xüsusi tranzit zonalar yaradılacaq.

Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə uyğun olaraq, əcnəbilər və xarici ölkədə daimi yaşayan vətəndaşlığı olmayan şəxslər bir sıra hallarda tranzit vizası olmadan ölkə ərazisindən keçə biləcəklər.

Bu hallar aşağıdakılardır:

  • sərnişin təyyarə dəyişmədən ölkə ərazisindən tranzit uçuş həyata keçirdikdə;

  • hava limanının tranzit zonasında qalaraq təyyarə dəyişməklə təyinat ölkəsinə getdikdə;

  • Azərbaycanın dövlət sərhədini keçməyə imkan verən digər vizalara malik olduqda;

  • Azərbaycanla vizasız gediş-gəliş haqqında müqaviləsi olan dövlətlərin vətəndaşları olduqda.

Qeyd edək ki, dövlət başçısı sözügedən qaydaların icrası ilə bağlı ayrıca fərman da imzalayıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanın hava limanlarında tranzit zonalar yaradılacaq — Fins.az — Fins.az