Azərbaycanda “Peşələr üzrə elektron atlas” informasiya sistemi yaradılacaq

Azərbaycanda “Peşələr üzrə elektron atlas” informasiya sistemi yaradılacaq

RƏSMİ
621

Azərbaycanda “Peşələr üzrə elektron atlas” informasiya sistemi yaradılacaq.

Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026–2030-cu illər üçün Tədbirlər Planı”nda öz əksini tapıb.

Tədbirlər Planına əsasən, layihənin əsas icraçısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, digər icraçı qurum isə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyidir. 2026–2029-cu illər ərzində “Peşələr üzrə elektron atlas”ın məzmunu və strukturu ilə bağlı beynəlxalq təcrübə öyrəniləcək və bunun əsasında müvafiq informasiya sistemi yaradılacaq.

Sənədə əsasən, elektron atlas istifadəyə verildikdən sonra təhsil, peşə təlimi və əmək bazarı iştirakçıları arasında məlumatlandırma tədbirləri həyata keçiriləcək. Eyni zamanda, informasiya sistemi peşələrin siyahısı və məzmununda baş verən dəyişikliklərə uyğun olaraq mütəmadi yenilənəcək.

Yeni informasiya sisteminin əsas məqsədlərindən biri işsiz və işaxtaran şəxslərin əmək bazarında mövcud peşələr barədə məlumatlılığını, bilik və bacarıqlarını artırmaq, onların əmək bazarına inteqrasiyasını gücləndirmək və uyğun karyera imkanlarını genişləndirməkdir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...