Azərbaycan və Moldova iqtisadi əməkdaşlığı genişləndirmək niyyətindədir - Mixay Popşoi

Azərbaycan və Moldova iqtisadi əməkdaşlığı genişləndirmək niyyətindədir - Mixay Popşoi

RƏSMİ
470

Moldova–Azərbaycan iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının növbəti iclasının 2026-cı ildə keçirilməsi planlaşdırılır.

Fins.az xəbər verir ki, bunu Moldovanın Baş nazirinin müavini və xarici işlər naziri Mixay Popşoi Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə keçirilən mətbuat konfransında deyib.

Nazir bildirib ki, Moldova–Azərbaycan iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyası iki ölkə arasında fəaliyyətlərin əlaqələndirilməsi və qarşılıqlı faydalı nəticələrin əldə olunması baxımından mühüm platforma olaraq qalır.

Onun sözlərinə görə, komissiyanın sonuncu – altıncı iclası 2025-ci ildə Bakıda keçirilib. Növbəti iclasın isə bu il baş tutması planlaşdırılır.

Mixay Popşoi əlavə edib ki, Moldova Azərbaycan tərəfindən həyata keçirilən layihələri, o cümlədən Moldovanın Qaqauz Muxtar bölgəsində yerləşən Çadır-Lunqa şəhərində Mədəni Təhsil Mərkəzinin tikintisini yüksək qiymətləndirir.

Nazir həmçinin qeyd edib ki, Moldovada prioritet təşəbbüslərdə Azərbaycan şirkətlərinin iştirakı da alqışlanır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycan və Moldova iqtisadi əməkdaşlığı genişləndirmək niyyətindədir - Mixay Popşoi — Fins.az — Fins.az