Azərbaycan bu ilin yanvarından Yunanıstana 5,6 mlrd kubmetr qaz göndərib

Azərbaycan bu ilin yanvarından Yunanıstana 5,6 mlrd kubmetr qaz göndərib

RƏSMİ
411

Azərbaycan bu ilin yanvar ayından etibarən Yunanıstanı indiyədək 5,6 milyard kubmetr təbii qazla təchiz edib.

Fins.az xəbər verir ki, bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov "X" hesabında paylaşım edərək bildirib ki, Yunanıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Maria Papakonstantinus ilə enerji sahəsində və Hökumətlərarası Komissiya çərçivəsində əməkdaşlığın inkişafına dair məsələlər müzakirə olunub.

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar ayında Azərbaycandan Yunanıstana 33,7 milyon ABŞ dolları dəyərində 80,1 milyon kubmetr təbii qaz ixrac edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə məbləğ ifadəsində ixrac 10 milyon dollar və ya 22,9% artıb, həcminə görə isə 111 min kubmetr və ya 0,1% azalıb.

Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, yanvar-fevral aylarında Azərbaycan ümumilikdə 1,285 milyard ABŞ dolları dəyərində 4,381 milyard kubmetr təbii qaz ixrac edib. Ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici dəyər ifadəsində 265 milyon ABŞ dolları və ya 17,1% azalıb, həcm ifadəsində isə 194 milyon kubmetr və ya 4,6% artıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...