Azərbaycan büdcə siyasətinin orta müddətli istiqamətləri açıqlanıb

Azərbaycan büdcə siyasətinin orta müddətli istiqamətləri açıqlanıb

RƏSMİ
315

Azərbaycan Respublikası Maliyyə Nazirliyi 2027–2030-cu illəri əhatə edən ortamüddətli büdcə çərçivəsini ictimaiyyətə təqdim edib.

Fins.az nazirliyin məlumatına Nazirliyin rəsmi internet səhifəsində yerləşdirilib.

Məlumata əsasən, ortamüddətli büdcə çərçivəsi Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 24 avqust tarixli 235 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Ortamüddətli xərclər çərçivəsinin hazırlanması Qaydası” və “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi layihəsinin hazırlanması haqqında” Nazirlər Kabinetinin 2026-cı il 30 yanvar tarixli 71s nömrəli Sərəncamına uyğun olaraq hazırlanıb.

Sənəddə büdcə siyasətinin əsas istiqamətləri və hədəfləri, makro-fiskal çərçivə, milli xərc prioritetləri, ortamüddətli resurs zərfi, eləcə də icmal və dövlət büdcələrinin gəlir və xərcləri üzrə proqnozlar əks olunub.

Eyni zamanda, sənəddə büdcə islahatlarına cəlb olunan sektorlar üzrə planlaşdırılan proqramların icrası üçün dövlət büdcəsindən ayrılacaq vəsaitlərin yuxarı hədləri də müəyyənləşdirilib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycan büdcə siyasətinin orta müddətli istiqamətləri açıqlanıb — Fins.az — Fins.az