ARDNF-nin investisiya portfelinin 60%-dən çoxu inkişaf etmiş ölkələrin payına düşüb

ARDNF-nin investisiya portfelinin 60%-dən çoxu inkişaf etmiş ölkələrin payına düşüb

RƏSMİ
1,371

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 31.12.2022 tarixinə olan investisiya portfelinin ölkələrin inkişaf səviyyəsinə görə bölgüsünü açıqlayıb.

Fins.az xəbər veri ki, Fonddan APA-ya verilən məlumata görə, inkişaf etmiş ölkələr üzrə bu göstərici 63,9%, inkişaf etməkdə olan ölkələr üzrə – 16,4%, beynəlxalq maliyyə təşkilatları üzrə isə 7,6% təşkil edib. Sərmayələrin qalan hissəsi (12,1%) qızılın payına düşüb.

Fondun investisiya portfelinin coğrafi regionlar üzrə təsnifatına (beynəlxalq maliyyə təşkilatları üzrə) dünyanın 6 regionu daxildir. Bunların sırasına Şimali Amerika (33,4%), Cənubi Amerika (0,1%), Avropa (29,6%), Yaxın Şərq (0,4%), Avstraliya / Yeni Zelandiya (0,8%) və Asiya / Sakit Okean (16%)

Qeyd edək ki, 31.12.2022 tarixinə ARDNF-nin investisiya portfeli 49 032,71 mln. dollara bərabər olub.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
ARDNF-nin investisiya portfelinin 60%-dən çoxu inkişaf etmiş ölkələrin payına düşüb — Fins.az — Fins.az