Risklərin idarə edilməsi üzrə mütəxəssis vakansiyası

Risklərin idarə edilməsi üzrə mütəxəssis vakansiyası

PR
282

Risklərin idarə edilməsi üzrə mütəxəssis

İş şəraiti:

·         Əmək haqqı: 1000-1500 AZN ;

·         İş qrafiki: Bazar ertəsi – Cümə | 09:00 – 18:00;

·         İş yeri: Bakı şəhəri

 

Vəzifə öhdəlikləri:

·         Şirkətin ümumi risk idarəetmə strategiyasının hazırlanması və effektiv şəkildə icrasını təmin etmək;

·         Kredit, bazar, likvidlik, əməliyyat və texnoloji risklərin müəyyənləşdirilməsi, qiymətləndirilməsi və idarə olunmasını həyata keçirmək;

·         Risklərin idarə olunması üzrə siyasət, prosedur və metodologiyaların hazırlanması, yenilənməsi və təkmilləşdirilməsində iştirak etmək;

·         Risklərin ölçülməsi, monitorinqi və hesabatlılıq sistemlərini qurmaq və davamlı nəzarəti təmin etmək;

·         Risk limitlərini müəyyən etmək, onların icrasına nəzarət etmək və müvafiq nəzarət mexanizmlərini tətbiq etmək;

·         AML/CFT və digər normativ-hüquqi tələblərə uyğunluğun təmin edilməsində iştirak etmək;

·         Yeni məhsul və xidmətlərin risk baxımından qiymətləndirilməsini həyata keçirmək və rəy vermək;

·         Daxili Audit və Komplayens bölmələri ilə effektiv əməkdaşlığı təmin etmək;

·         Rəhbərlik üçün mütəmadi risk hesabatları hazırlamaq və təqdim etmək.

 

Namizədə tələblər:

·         Maliyyə, İqtisadiyyat və ya digər müvafiq sahələr üzrə ali təhsil;

·         Risklərin idarə olunması, bankçılıq və ya FinTech sahəsində minimum 2 il iş təcrübəsi;

·         Risk idarəetmə çərçivələri (ERM, Basel və s.) üzrə nəzəri və praktiki biliklər;

·         Güclü analitik düşünmə, problemlərin həlli və strateji qərarvermə bacarığı;

·         Maliyyə modelləşdirilməsi və risk analiz alətləri ilə işləmək təcrübəsi;

·         MS Excel, SQL, Power BI və ya digər BI alətləri üzrə biliklər;

·         Python və ya R proqramlaşdırma dilləri üzrə biliklər üstünlük hesab olunur;

·         Məsuliyyətli, detallara diqqətli və yüksək ünsiyyət bacarıqlarına malik olmaq.

 

Müraciət qaydası:

Tələblərə uyğun namizədlər CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

 Daha ətraflı məlumat üçün LİNKƏ DAXİL OLUN.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Risklərin idarə edilməsi üzrə mütəxəssis vakansiyası — Fins.az — Fins.az