Rabitəbankda yeni təyinat!

Rabitəbankda yeni təyinat!

PR
327

Rabitəbank ASC-də yeni kadr təyinatı baş tutub. 9 iyun 2026-cı il tarixindən etibarən Aygün Məmmədli bankın Marketinq Departamentinin Partnyorlarla iş şöbəsinin rəisi vəzifəsinə təyin edilib.

Aygün Məmmədli peşəkar fəaliyyətinə qeyri-bank sektorunda başlayaraq müxtəlif özəl təşkilatlarda marketinq və satış, ictimaiyyətlə əlaqələr, kommunikasiya və tədbirlərin təşkili istiqamətlərində çalışıb. Fəaliyyəti dövründə brend kommunikasiyası, tərəfdaşlarla iş, layihələrin koordinasiyası, satış proseslərinin dəstəklənməsi və tədbirlərin idarə olunması sahələrində praktiki təcrübə qazanıb.

2019–2023-cü illərdə Rabitəbank ASC-nin Marketinq departamentində baş mütəxəssis kimi fəaliyyət göstərib. Bu müddətdə bankın marketinq kommunikasiyaları, kampaniya və layihələrin icrası, eləcə də müxtəlif layihələrin koordinasiyası proseslərində yaxından iştirak edib.

 

2023–2026-cı illərdə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində əvvəlcə Kommunikasiya və tərəfdaşlarla iş departamentində, daha sonra isə Brend və marketinq kommunikasiyaları departamentində kommunikasiya və tədbirlərin təşkili üzrə menecer vəzifəsində çalışıb. Bu dövr ərzində strateji kommunikasiya, institusional brend idarəçiliyi, tərəfdaşlıq əlaqələrinin qurulması və ictimaiyyətlə əlaqələr sahəsində peşəkar təcrübəsini daha da genişləndirib.

 

Yeni vəzifəsində Aygün Məmmədli Rabitəbankın partnyorlarla əməkdaşlıq istiqamətinin inkişaf etdirilməsi, strateji tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi, marketinq layihələrinin effektiv icrasına töhfə verəcək.

 

Məlumat üçün bildirək ki, “Rabitəbank” ASC 1993-cü ildən etibarən fəaliyyət göstərir və “Rahat bankçılıq” konsepsiyası əsasında müştərilərinə müasir və əlçatan maliyyə xidmətləri təqdim edir. Bankın nizamnamə kapitalı 101,3 milyon manatdır. Ölkə üzrə geniş filial şəbəkəsi, rəqəmsal bankçılıq həlləri və peşəkar komandası ilə Rabitəbank müştərilərinə dəyər yaradan xidmətlər təqdim etməyə davam edir. Bankın əsas səhmdarları “Azərbaycan Banklar Assosiasiyası”nın prezidenti Nuriyev Zakir Əlibala oğlu və iş adamı, sahibkar Əliyev Rauf Zeynal oğludur.

 

Hal-hazırda “Rabitəbank” ASC 19 region və Bakı şəhəri üzrə ümumilikdə 31 xidmət məntəqəsi, 78 ATM-i, “Rabita Mobile” tətbiqi, İnternet Bankçılıq platforması, “Rabita Business” tətbiqi və 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Rabitəbankda yeni təyinat! — Fins.az — Fins.az