Mühasib vakansiyası

Mühasib vakansiyası

PR
174

Mühasib

İş şəraiti:

  • İş qrafiki: 5 günlük iş həftəsi;

  • İş saatları: 09:00 – 17:00;

  • İş yeri: Abşeron rayonu, Xırdalan şəhəri (Masazır dairəsi yaxınlığı).

Vəzifə öhdəlikləri:

  • ƏDV, ÖMV, Əmlak vergisi və Muzdlu işlə əlaqədar Vahid Bəyannamələrin hazırlanması və vaxtında təqdim edilməsi;

  • Xərclərin Vergi Məcəlləsinin tələblərinə uyğunluğunun yoxlanılması;

  • Vergi orqanlarından daxil olan məktub, sorğu və bildirişlərin cavablandırılması;

  • Vergi yoxlamaları zamanı tələb olunan sənədlərin hazırlanması və təqdim edilməsinin təmin edilməsi;

  • Debitor və kreditor hesablarının aylıq uzlaşdırılması və qalıqların uyğunluğunun yoxlanılması;

  • Alış əməliyyatlarının gündəlik və ya aylıq əsasda Micro ERP proqramına işlənilməsi;

  • Mühasibat uçotu sənədlərinin düzgün aparılması və uçot əməliyyatlarına nəzarət;

  • Rəhbərlik tərəfindən verilən digər maliyyə və mühasibatlıq tapşırıqlarının icrası.

Namizədə tələblər

  • Maliyyə, Mühasibat uçotu və ya Audit ixtisası üzrə ali təhsil;

  • Müvafiq sahə üzrə iş təcrübəsi;

  • Vergi və mühasibat uçotu üzrə qüvvədə olan qanunvericiliyi bilmək;

  • MS Office proqramlarında, xüsusilə Microsoft Excel üzrə yüksək səviyyədə işləmək bacarığı;

  • New e-Taxes, e-Gov, e-Sosial və digər elektron dövlət portallarından istifadə bacarığı;

  • PMS və ya ACCA F3 (FA) sertifikatlarından ən azı birinə sahib olmaq;

  • Mənfəət və ƏDV bəyannamələrinin hazırlanması və təqdim edilməsi üzrə praktiki təcrübə;

  • Mühasibat uçotu əməliyyatları və müxabirləşmələr üzrə biliklər;

  • Micro ERP proqramında işləmək bacarığı üstünlük hesab olunur;

  • Maliyyə və mühasibatlıq sahəsində yerli və ya beynəlxalq sertifikatların olması üstünlükdür.

Şəxsi keyfiyyətlər

  • Dəqiqlik və detallara diqqət;

  • Yüksək məsuliyyətlilik;

  • Operativlik;

  • Analitik düşüncə və nəticəyönümlülük;

  • Komanda ilə işləmək bacarığı.

Biz təklif edirik

  • Rəqabətli əməkhaqqı;

  • Nahar şirkət tərəfindən təmin edilir;

  • Korporativ mobil nömrə və danışıq paketi;

  • AR Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə;

Müraciət qaydası

Maraqlanan namizədlər öz CV-lərini  [email protected] edek mail adressinə göndərə bilərlər.

Qeyd: Yalnız vakansiyanın tələblərinə uyğun gələn namizədlərlə növbəti seçim mərhələsi üçün əlaqə saxlanılacaq.

 Daha ətraflı məlumat üçün LİNKƏ DAXİL OLUN.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Mühasib vakansiyası — Fins.az — Fins.az