Əməliyyatlar və Təchizat üzrə Menecer vakansiyası

Əməliyyatlar və Təchizat üzrə Menecer vakansiyası

PR
314

Əməliyyatlar və Təchizat üzrə Menecer

Vəzifə öhdəlikləri

  • Satınalma və təchizat proseslərinin planlaşdırılması, təşkili və idarə olunması;

  • Yerli və beynəlxalq bazarlarda yeni biznes imkanlarının və təchizat potensialının araşdırılması;

  • Yerli və xarici təchizatçılarla əməkdaşlıq əlaqələrinin qurulması, inkişaf etdirilməsi və idarə olunması;

  • Yeni təchizatçıların, məhsul və xidmətlərin araşdırılması, qiymətləndirilməsi və seçim prosesinin həyata keçirilməsi;

  • Müştəri tələblərinin təhlili əsasında texniki və kommersiya təkliflərinin hazırlanması və təqdim edilməsi;

  • Tender proseslərinin təşkili, tender sənədlərinin hazırlanması və bütün mərhələlərinin koordinasiya olunması;

  • Təchizatçılarla qiymət və əməkdaşlıq şərtləri üzrə danışıqların aparılması, optimal kommersiya şərtlərinin əldə edilməsi;

  • Müqavilələrin hazırlanması, şərtlərinin razılaşdırılması və icrasına nəzarətin təmin edilməsi;

  • Logistika, idxal və çatdırılma proseslərinin koordinasiya edilməsi, müvafiq sənədlərin düzgünlüyünə nəzarət;

  • Satınalma planlarının və çatdırılma qrafiklərinin icrasının izlənilməsi;

  • Təchizat zəncirində mövcud risklərin müəyyən edilməsi və onların minimuma endirilməsi üzrə tədbirlərin görülməsi;

  • Müştərilər, təchizatçılar və biznes tərəfdaşları ilə rəsmi işgüzar yazışmaların aparılması;

  • Görülmüş işlər üzrə mütəmadi hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi.

 

Namizədə tələblər

  • Biznesin idarə edilməsi, İqtisadiyyat, Logistika və ya digər uyğun ixtisas üzrə ali təhsil;

  • Satınalma, təchizat, logistika və əməliyyatların idarə olunması sahəsində minimum 5 il iş təcrübəsi;

  • Tender və satınalma prosedurları üzrə praktik bilik və təcrübə;

  • Güclü analitik düşüncə, planlaşdırma və danışıqlar aparmaq bacarığı;

  • Azərbaycan və rus dillərində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı (ingilis dili biliyi üstünlükdür);

  • MS Office proqramlarında, xüsusilə Excel üzrə yüksək səviyyədə işləmək bacarığı;

  • Yüksək məsuliyyətlilik, operativ qərarvermə, təşkilatçılıq və komanda ilə effektiv işləmək bacarığı.

Biz təklif edirik

  • Peşəkar və dinamik iş mühiti;

  • Rəqabətli əməkhaqqı (müsahibə əsasında müəyyən edilir);

  • Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə;

  • Korporativ təlim və inkişaf proqramlarında iştirak imkanı;

Müraciət qaydası:

Tələblərə uyğun namizədlər CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Daha ətraflı məlumat üçün LİNKƏ DAXİL OLUN.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Əməliyyatlar və Təchizat üzrə Menecer vakansiyası — Fins.az — Fins.az