Əmanətlərin Sığortalanması Fondunun rəsmi saytında Türkiyənin Tasarruf Mevduatı Sigorta Fonunun satışa çıxarılan aktivləri üzrə yeni bölmə yaradılıb

Əmanətlərin Sığortalanması Fondunun rəsmi saytında Türkiyənin Tasarruf Mevduatı Sigorta Fonunun satışa çıxarılan aktivləri üzrə yeni bölmə yaradılıb

PR
275

Fins.az - Əmanətlərin Sığortalanması Fondu tərəfindən beynəlxalq əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi və ictimaiyyətin xarici ölkədə aktiv satışları barədə məlumatlara çıxış imkanlarının genişləndirilməsi məqsədilə Fondun rəsmi internet səhifəsində yeni məlumat bölməsi istifadəyə təqdim olunmuşdur.

Belə ki, Türkiyədə Əmanətlərin Sığortalanması Fondunun analoqu kimi fəaliyyət göstərən Tasarruf Mevduatı Sigorta Fonu (TMSF) tərəfindən satışa çıxarılan aktivlərə dair elanlar artıq Əmanətlərin Sığortalanması Fondunun rəsmi internet səhifəsində də təqdim olunacaq.

Maraqlanan şəxslər Fondun rəsmi internet səhifəsinin “Satınalmalar və aktivlər” bölməsində yerləşdirilmiş Türkiyənin “Tasarruf Mevduatı Sigorta Fonunun aktivlərinin satışı”  subbölməsi vasitəsilə Türkiyədə satışa çıxarılan müxtəlif aktivlər barədə məlumatlarla tanış ola, müvafiq elanları nəzərdən keçirə və satış prosesinə dair detallı informasiya əldə edə bilərlər. Yaradılmış bu imkan beynəlxalq tərəfdaş qurumlar arasında məlumat mübadiləsinin genişləndirilməsinə, xarici aktiv satışları üzrə informasiyanın daha əlçatan formada təqdim edilməsinə, habelə potensial investor və maraqlı şəxslərin müvafiq elanlara çevik çıxışının təmin olunmasına xidmət edir.

Əmanətlərin Sığortalanması Fondu tərəfindən gələcəkdə  də rəqəmsal xidmətlərin genişləndirilməsi, beynəlxalq əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi və ictimaiyyət üçün faydalı məlumat resurslarının əlçatanlığının artırılması istiqamətində tədbirlərin davam etdirilməsi nəzərdə tutulur. Bu istiqamətdə həyata keçirilən tədbirlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkədə rəqəmsal transformasiya, elektron xidmətlərin genişləndirilməsi və dövlət idarəçiliyində müasir texnologiyaların tətbiqi üzrə müəyyən edilmiş strateji hədəflərə uyğun şəkildə davam etdirilir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...