Elektrik vakansiyası

Elektrik vakansiyası

PR
223

Elektrik

 İş yeri: Bakı, Binəqədi yolu 100
 Əmək haqqı: 900 AZN
İş qrafiki: 6 günlük

Vəzifə haqqında

İstehsalat sahəsində fəaliyyət göstərən şirkət elektrik avadanlıqlarının fasiləsiz və təhlükəsiz istismarını təmin edəcək Elektrik vəzifəsi üzrə peşəkar namizəd axtarır.

Vəzifə öhdəlikləri

·         Zavodun istehsalat avadanlıqlarının elektrik sistemlərinə texniki xidmət göstərmək və onların fasiləsiz fəaliyyətini təmin etmək;

·         Elektrik sistemlərində yaranan nasazlıqları operativ şəkildə aşkar etmək və aradan qaldırmaq;

·         Elektrik təchizatı və işıqlandırma sistemlərinin etibarlı işləməsinə nəzarət etmək;

·         Elektrik avadanlıqlarının planlı texniki baxış və profilaktik xidmətlərini həyata keçirmək;

·         İstehsalat xətlərində (pastorizator, dolum, soyutma sistemləri, nasoslar, kompressorlar və s.) elektrik və avtomatika sistemlərinin işinə nəzarət etmək;

·         Enerji sərfiyyatını izləmək, optimallaşdırma və qənaət üzrə təkliflər vermək;

·         Qəza hallarında operativ müdaxilə etmək və təhlükəsizlik qaydalarına uyğun tədbirlər görmək;

·         Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına ciddi riayət etmək.

Tələblər

·         Elektrik ixtisası üzrə orta ixtisas və ya ali təhsil;

·         Sənaye və ya istehsalat müəssisəsində elektrik sahəsi üzrə minimum 5 il iş təcrübəsi;

·         Elektrik sxemlərini oxumaq və tətbiq etmək bacarığı;

·         Avtomat açarları, kontaktorlar, relelər və digər elektrik komponentləri ilə işləmək təcrübəsi;

·         Məsuliyyətli, diqqətli və operativ işləmək bacarığı;

·         İş intizamına və təhlükəsizlik qaydalarına ciddi riayət etmək.

Şirkət təklif edir

·         Rəqabətli əmək haqqı – 900 AZN;

·         Nahar şirkət tərəfindən təmin edilir;

·         Stabil və peşəkar iş mühiti;

·         Uzunmüddətli əməkdaşlıq imkanı.

Müraciət qaydası

Maraqlanan namizədlər CV-lərini "Elektrik" başlığını qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

📞 Əlaqə: 055 293 13 39

Daha ətraflı məlumat üçün LİNKƏ DAXİL OLUN.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Elektrik vakansiyası — Fins.az — Fins.az