"Bank of Baku" 21%-ə yaxın böyüyüb, mənfəəti 14 faiz artıb – II RÜB/2026

"Bank of Baku" 21%-ə yaxın böyüyüb, mənfəəti 14 faiz artıb – II RÜB/2026

PR
285

Fins.az – "Bank of Baku" ASC 2026-cı ilin yanvar–iyun aylarını 16 milyon 75 min 660 manat xalis mənfəətlə başa vurub.

Bankın xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyon 940 min 500 manat və ya 13,7% artıb. 2025-ci ilin ilk yarısında bu göstərici 14 milyon 135 min 160 manat olub.

Hesabat dövründə bankın faiz gəlirləri 21 milyon 706 min manat və ya 26% artaraq 105 milyon 332 min manata yüksəlib. Müştərilərə verilmiş kreditlər üzrə faiz gəlirləri isə 17 milyon 632 min manat və ya 22,2% artaraq 96 milyon 900 min manata yaxınlaşıb.

Faiz xərcləri daha yüksək templə artaraq 14 milyon 177 min manat və ya 44,2% yüksəlib və 46 milyon 277 min manat təşkil edib. Depozitlər üzrə faiz xərcləri isə 41,4% artaraq 42 milyon 971 min manata çatıb.

Nəticədə bankın xalis faiz gəliri 7 milyon 529 min manat və ya 14,6% artaraq 59 milyon 56 min manat olub.

2026-cı ilin ilk yarısında bankın qeyri-faiz gəlirləri 30,1% artaraq 11 milyon 249 min manata yüksəlib. Haqq və komissiya gəlirləri isə 23,6% artaraq 11 milyon 474 min manat təşkil edib.

Qeyri-faiz xərcləri 13,6% artaraq 46 milyon 906 min manata çatıb. Əməkhaqqı və digər kompensasiya xərcləri 30,2% yüksələrək 22 milyon 272 min manat olub.

Bank mümkün zərərlər üzrə 2 milyon 330 min manat məqsədli ehtiyata ayırıb. Ötən ilin eyni dövründə isə bu maddə maliyyə nəticəsinə 196 min 530 manat müsbət təsir göstərmişdi.

Mənfəət vergisindən əvvəlki mənfəət 10,5% artaraq 21 milyon 68 min manat olub. Mənfəət vergisi xərci isə 4 milyon 993 min manat təşkil edib.

2026-cı il iyunun 30-na bankın aktivləri ötən ilin sonu ilə müqayisədə 239 milyon 86 min manat və ya 20,7% artaraq 1 milyard 391 milyon 562 min manata yüksəlib.

Müştərilərə verilmiş kreditlərin ümumi məbləği 150 milyon 92 min manat və ya 16,5% artaraq 1 milyard 60 milyon 788 min manata çatıb.

Kredit portfelinin strukturunda istehlak kreditləri 17,1% artaraq 819 milyon 799 min manat, biznes kreditləri 16,1% artaraq 172 milyon 749 min manat, daşınmaz əmlak kreditləri isə 10% artaraq 68 milyon 240 min manat təşkil edib.

Mümkün zərərlər üzrə 55 milyon 418 min manat ehtiyat çıxıldıqdan sonra xalis kredit portfeli 1 milyard 5 milyon 370 min manat olub.

Bankın depozit portfeli ötən ilin sonu ilə müqayisədə 208 milyon 633 min manat və ya 28,2% artaraq 948 milyon 889 min manata yüksəlib.

Fiziki şəxslərin depozitləri 23,8% artaraq 828 milyon 636 min manata, hüquqi şəxslərin depozitləri isə 69,6% artaraq 120 milyon 253 min manata çatıb.

Kredit təşkilatları və digər maliyyə institutları qarşısındakı öhdəliklər 33,5% artaraq 187 milyon 717 min manata yüksəlib. Bankın cəmi öhdəlikləri isə 23,9% artaraq 1 milyard 210 milyon 272 min manat təşkil edib.

Hesabat dövrünün sonunda "Bank of Baku"nun cəmi kapitalı 5 milyon 519 min manat və ya 3,1% artaraq 181 milyon 290 min manata çatıb.

Tutulmalardan sonra məcmu kapital 173 milyon 192 min manat, risk dərəcəsi üzrə ölçülmüş aktivlər isə 1 milyard 380 milyon 285 min manat olub.

Bankın məcmu kapital adekvatlığı əmsalı 12,55%, birinci dərəcəli kapital adekvatlığı əmsalı isə 10,85% təşkil edib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
"Bank of Baku" 21%-ə yaxın böyüyüb, mənfəəti 14 faiz artıb – II RÜB/2026 — Fins.az — Fins.az