100 000 AZN-dək maşın üçün aylıq 90 AZN-lik KASKO sığortası var

100 000 AZN-dək maşın üçün aylıq 90 AZN-lik KASKO sığortası var

PR
285

Nədənsə bir çox sürücü hesab edir ki, KASKO sığortası bahalı xidmətdir. Halbuki avtomobilin bazar dəyəri və seçilən təminatdan asılı olaraq KASKO sığortasını faizsiz hissəli ödənişlə əldə etmək mümkündür. Məsələn, bazar dəyəri 50 000 ilə 100 000 AZN arası olan avtomobil üçün sığorta haqqını aylıq təxminən 90 AZN ödəməklə KASKO təminatından yararlanmaq mümkündür.

PAŞA Sığortanın təqdim etdiyi Optimal KASKO avtomobili yol-nəqliyyat hadisələri ilə yanaşı, yanğın, oğurluq, üçüncü şəxslərin qanunazidd hərəkətləri, avtomobilin üzərinə düşən əşyalar, heyvanların hərəkəti və təbii fəlakətlər kimi risklərdən də təminat altına alır. Və hadisə baş verərsə, ala biləcəyiniz məbləğ isə 10 000 AZN-ə qədərdir. İndi təsəvvür edin, əgər bahalı avtomobilinizə ciddi zərər dəyərsə, icbari sığorta cəmi 5 000 manatlıq zərəri qarşılayacaq. Amma PAŞA Sığorta şirkətinin KASKO sığortası daha böyük məbləğdə zərərləri ödəyir. Nümunələr çoxdur. Porsche Cayenne markalı avtomobilin sürücüsü idarəetməni itirərək qəza törətmişdi. KASKO sığortası olduğu üçün PAŞA Sığorta şirkəti 32.934 AZN məbləğində zərəri tam ödədi.

Unutmayın, avtomobilin dəyəri artdıqca mümkün zərərin məbləği də yüksəlir. Bu baxımdan KASKO əlavə xərc deyil, gözlənilməz hadisələr zamanı maliyyə itkisinin qarşısını alan vasitədir. Optimal KASKO haqqında daha ətraflı məlumatı isə BURADA oxuyun.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
100 000 AZN-dək maşın üçün aylıq 90 AZN-lik KASKO sığortası var — Fins.az — Fins.az