Yanğın hadisədən sonra “Birmarket” təhlükəsizlik və operativlik tədbirlərini gücləndirdi

Yanğın hadisədən sonra “Birmarket” təhlükəsizlik və operativlik tədbirlərini gücləndirdi

PR
562

Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən anbarda baş verən yanğın nəticəsində Birmarket-ə məxsus anbara da zərər dəyib.

Fins.az xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.

Məlumata görə, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən anbarda yanğın baş verib. Yanğının genişlənməsi nəticəsində Birmarket-ə məxsus anbara da zərər dəyib. Hadisə ilə əlaqədar olaraq Birmarket məhsullarının yerləşdiyi anbar sahəsinin fəaliyyəti müvəqqəti dayandırılıb.

Hadisə zamanı əməkdaşlarımıza fiziki zərər dəyməyib. Hazırda zəruri təhlükəsizlik tədbirləri davam etdirilməklə, anbardakı malların çıxarılaraq təhlükəsiz əraziyə daşınması işləri həyata keçirilir.

Şirkət məlumat üçün bildiririk ki, bu səbəbdən də müştərilərin aktiv sifarişlərinin çatdırılmasında gecikmələr, yeni sifarişlərin qəbulunda isə çətinliklər yaşana bilər.

Qeyd edək ki, hazırda aidiyyatı qurumlar tərəfindən yanğınla mübarizə tədbirləri davam etdirilir. Operativ fəaliyyətlərinə görə aidiyyatı qurumlara, anlayışlarına görə isə müştərilərimizə təşəkkür edirik.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Yanğın hadisədən sonra “Birmarket” təhlükəsizlik və operativlik tədbirlərini gücləndirdi — Fins.az — Fins.az