Türkiyə qaz sahəsində Azərbaycanla əməkdaşlığa dair sənədi təsdiq edib

Türkiyə qaz sahəsində Azərbaycanla əməkdaşlığa dair sənədi təsdiq edib

MÜSAHİBƏ
491

Türkiyə ilə Azərbaycan arasında qaz sahəsində əməkdaşlığa dair hökumətlərarası Sazişin təsdiq edilməsi haqqında Qanun martın 5-də, çərşənbə günü qüvvəyə minib.

Finss.az xəbər verir ki, sənədin mətni bu gün Türkiyə hökumətinin rəsmi qəzetində - “Resmi Gazete”də dərc olunub.

Türkiyə ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlığın dərinləşdirilməsi məqsədi ilə iki qardaş ölkə arasında qaz sahəsində əməkdaşlığa dair hökumətlərarası Saziş 2024-cü il mayın 14-də İstanbulda imzalanıb.

Bu sənəd, həmçinin Bakı ilə Ankara arasında enerji sektorunda birgə investisiyalar üzrə əməkdaşlığı nəzərdə tutur.

©AZƏRTAC

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Türkiyə qaz sahəsində Azərbaycanla əməkdaşlığa dair sənədi təsdiq edib — Fins.az — Fins.az