Əsas kapitala yönələn investisiyalar azalıb

Əsas kapitala yönələn investisiyalar azalıb

MÜSAHİBƏ
401

2025-ci ilin ilk üç ayında Azərbaycanın iqtisadiyyatına yönəldilən investisiyalarda azalma müşahidə olunub.

Finss.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu dövrdə əsas kapitala yatırılan investisiyaların ümumi məbləği 3 milyard 467,7 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 10,1% azalma deməkdir.

Əsasən neft-qaz sektoru üzrə sərmayələrdə ciddi geriləmə müşahidə olunub — bu sahəyə yönələn investisiyalar ötən ilin ilk rübü ilə müqayisədə 24,2% azalıb. Qeyri-neft sektoruna yatırımlar da bu tendensiyadan kənarda qalmayıb – 2,4% geriləmə baş verib.

İnvestisiyaların əsas istiqamətləri belə bölünüb:

  • Məhsul istehsalı sahələrinə – 1 milyard 814,6 milyon manat (ümumi investisiyaların 52,3%-i),
  • Xidmət sahələrinə – 970,2 milyon manat (28,0%),
  • Yaşayış evlərinin tikintisinə – 682,9 milyon manat (19,7%).

Diqqətçəkən məqamlardan biri də daxili mənbələrdən maliyyələşmənin üstünlük təşkil etməsidir: əsas kapitala yatırılan sərmayələrin 72,6%-i (2 milyard 519 milyon manat) məhz daxili investisiyalar olub.

Eyni zamanda, investisiyaların 77,7%-i (2 milyard 693,5 milyon manat) birbaşa tikinti-quraşdırma işlərinə yönəldilib ki, bu da ölkədə infrastruktur layihələrinin hələ də iqtisadi fəallığın əsas aparıcı qüvvələrindən biri olduğunu göstərir.

Fuad Mədətov
Finss.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Əsas kapitala yönələn investisiyalar azalıb — Fins.az — Fins.az