Azərbaycanda günəş enerjisi istehsalı 19,3% artıb

Azərbaycanda günəş enerjisi istehsalı 19,3% artıb

MÜSAHİBƏ
448

Cari ilin yanvar-iyun aylarında Azərbaycanda günəş enerjisi ilə işləyən stansiyalar 258,5 milyon kVt-saat elektrik enerjisi istehsal edib.

Finss.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 41,8 milyon kVt-saat və ya 19,3% artım deməkdir.

Qeyd olunur ki, 2025-ci ilin yanvar-iyun aylarında ölkədə elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 1 736,7 milyon manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib.

Eyni zamanda, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal həcmi 312,9 milyon manat təşkil edib.

Fuad Mədətov
Finss.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda günəş enerjisi istehsalı 19,3% artıb — Fins.az — Fins.az