Azərbaycanda elektrik enerjisi istehsalı 3,8% artıb

Azərbaycanda elektrik enerjisi istehsalı 3,8% artıb

MÜSAHİBƏ
722

Cari ilin yanvar-fevral ayları ərzində Azərbaycanda elektrik enerjisinin istehsalı 4,86 milyard kilovatt-saat (kVt·st) olub.

Finss.az xəbər verir ki, bu barədə Energetika Nazirliyi məlumat yayıb.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 3,8% və ya 178 milyon kVt·st çoxdur.

Belə ki, ötən ilin yanvar-fevral ayları ərzində Azərbaycanda elektrik enerjisinin istehsalı 4,68 milyard kVt·st təşkil edib.

Qeyd edək ki, bu müddət ərzində İES-lərdə 4,35 milyard kVt·st, SES-lərdə 4,11 milyard kVt·st, digər mənbələr üzrə isə 98,8 milyon kVt·st, o cümlədən külək elektrik stansiyalarında 5,8 milyon kVt·st, günəş elektrik stansiyalarında 54,9 milyon kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 38,1 milyon kVt·st elektrik enerjisi istehsal edilib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda elektrik enerjisi istehsalı 3,8% artıb — Fins.az — Fins.az