Yeni nəsil internet texnologiyaları biznesin inkişafını dəstəkləyir

Yeni nəsil internet texnologiyaları biznesin inkişafını dəstəkləyir

IKT
185

Fins.az - Azerconnect Group intensiv rəqəmsallaşma prosesləri fonunda ölkənin İKT və yüksək texnologiyalar sektorunda fəaliyyət göstərən şirkətlərə ehtiyaclarına uyğun müxtəlif növ xidmətlər təqdim edir.

Şirkətin məlumatına görə, korporativ müştəriləri sırasında mobil və sabit şəbəkə operatorları, internet xidmət provayderləri, həmçinin İKT sahəsi ilə yanaşı müxtəlif istiqamətlərdə fəaliyyət göstərən şirkətlər yer alır.

Bildirilib ki, Azerconnect Group təhlükəsiz və sabit daxili infrastruktur vasitəsilə Azərbaycanın yerli provayderlərinə beynəlxalq internet trafiki təqdim edir. Şirkət son nəsil XGS-PON texnologiyasına əsaslanan xidmətləri ilə istifadəçilərə 10 Gbit/s-a qədər sürət, fasiləsiz və təhlükəsiz internet bağlantısı təmin edir.

Məlumata əsasən, şirkət ən yüksək standartlara cavab verən etibarlı internet həlləri təqdim etməyə sadiqdir. Qeyd olunub ki, əsas məqsəd sürətlə rəqəmsallaşan dünyada həm fərdi, həm də korporativ müştərilərin uğur qazanmasına dəstək olmaqdır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Yeni nəsil internet texnologiyaları biznesin inkişafını dəstəkləyir — Fins.az — Fins.az