
VoLTE daha aydın və kəsintisiz zəng imkanı yaradır – Bakcell
Bakcell VoLTE xidməti istifadəçilərə daha sürətli, aydın və kəsintisiz bağlantı imkanı təqdim edir.
VoLTE (Voice over LTE) texnologiyası 4G şəbəkəsi üzərindən yüksək keyfiyyətli səsli zənglərin həyata keçirilməsinə və eyni anda mobil internetdən istifadəyə şərait yaradır.
Məlumata əsasən, xidmət sayəsində istifadəçilər daha aydın səs keyfiyyəti ilə zəng edə bilir, zənglərin qoşulma müddəti qısalır və 4G şəbəkəsi üzərindən eyni anda zəng və internetdən istifadə imkanı əldə edilir. Eyni zamanda, xidmət əlavə tarif fərqi olmadan daha yüksək texnoloji rabitə təcrübəsi təqdim edir.
Bildirilir ki, VoLTE xidmətindən istifadə üçün VoLTE dəstəkləyən cihaz, 4G SIM kart, 4G şəbəkə əhatəsi və xidmətin aktivləşdirilməsi tələb olunur.