“Ukrayna dəhlizi” ilə 15 milyon tona yaxın mal ixrac edilib

“Ukrayna dəhlizi” ilə 15 milyon tona yaxın mal ixrac edilib

IKT
302

Qara dənizdəki “Ukrayna dəhlizi”nin fəaliyyət göstərdiyi 5 ay ərzində onun vasitəsilə təxminən 15 milyon ton mal ixrac edilib.

Fins.az xəbər verir ki, bu barədə yanvarın 8-də Ukraynanın baş nazirinin müavini - icmaların, ərazilərin və infrastrukturun inkişafı naziri Aleksandr Kubrakov öz Facebook səhifəsində məlumat verib.

Əhəmiyyətli hissəsi, xüsusilə 10 milyon tonu fermerlərimizin məhsullarıdır”, - o vurğulayıb.

O, həmçinin əlavə edib ki, dəhlizin işlədiyi 5 ay ərzində 469 yeni gəmi yüklənmək üçün Ukrayna limanlarına daxil olub. Hazırda Odessa, Çornomorsk və Pivdennı limanlarında 39 gəmi yüklənir.

"Daha 83 gəmi limanlara daxil olmağa və 2,4 milyon ton yük ixrac etməyə hazır olduqlarını təsdiqləyib", - rəsmi yekunlaşdırıb.

Günel Məlikzadə
Fins.az

 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
“Ukrayna dəhlizi” ilə 15 milyon tona yaxın mal ixrac edilib — Fins.az — Fins.az