Tərtərdə bu günədək 10 min tondan çox tərəvəz yığılıb

Tərtərdə bu günədək 10 min tondan çox tərəvəz yığılıb

IKT
1,274

Tərtər rayonunun iqtisadiyyatında aparıcı yer tutan kənd təsərrüfatında məhsul yığımı davam edir.

Fins.az xəbər verir ki, Rayon Statistika İdarəsinin rəisi Ədalət Məmmədov bildirib ki, bu günədək 10 min 152,1 ton müxtəlif növ tərəvəz məhsulları, 4818,3 ton kartof, 4359,7 ton müxtəlif növ meyvə və giləmeyvə istehsal olunub. Hər hektardan orta məhsuldarlıq tərəvəz məhsulları üzrə 137,4 sentner, kartof üzrə 149,2 sentnerdir. İstehsal olunan meyvənin 133,2 tonu intensiv üsulla becərilən bağlardan toplanıb.

Hazırda rayonda məhsul yığımı ilə yanaşı, bəzi kənd təsərrüfatı bitkilərinin becərilməsi, təkrar əkin və payızlıq əkinlər üçün şum işləri də davam etdirilir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Tərtərdə bu günədək 10 min tondan çox tərəvəz yığılıb — Fins.az — Fins.az