
Bir telefonda bir neçə nömrə: eSIM-in təqdim etdiyi imkanlar
Fins.az – Bakcell müştərilərinə yeni nəsil eSIM texnologiyasını təqdim edib.
Şirkət bildirib ki, xidmət istifadəçilərə plastik SIM karta ehtiyac olmadan mobil rabitə xidmətlərindən yararlanmağa, yeni eSIM əldə etməyə və ya mövcud nömrələrini eSIM formatına keçirməyə imkan verir.
Məlumata görə, eSIM bir cihazda bir neçə nömrədən istifadəni dəstəkləyir və Android, eləcə də iOS əməliyyat sistemli uyğun smartfonlarda işləyir. Şirkət həmçinin mövcud nömrənin eSIM-ə çevrilməsinin Bakcell Müştəri Xidmətləri mərkəzləri, rəsmi dilerlər, mobil tətbiq və rəsmi internet saytı vasitəsilə mümkün olduğunu, korporativ nömrələr üçün dublikat xidmətinin isə ödənişsiz təqdim edildiyini açıqlayıb.