Parlaq və nazik OLED ekranlı ilk MacBook-un buraxılış tarixi məlum olub

Parlaq və nazik OLED ekranlı ilk MacBook-un buraxılış tarixi məlum olub

IKT
377

Apple gələn il OLED displeyli MacBook noutbukunu buraxmağı planlaşdırır. Bu barədə nüfuzlu insayder Jukanlosreve X (keçmiş Twitter) sosial şəbəkəsindəki səhifəsində Display Supply Chain Consultants (DSCC) şirkətinə istinadən məlumat verib.

Finss.az xbər verir ki, Apple-ın OLED noutbuku buraxmaq planları ilə bağlı şayiələr uzun müddətdir ki, yayılır. Məsələn, Omdia-nın məlumatına görə, şirkət Apple M4 çipi ilə iPad Pro-da istifadə edilənə bənzər ikiqat OLED panelli (Tandem OLED) MacBook-u buraxmağı planlaşdırır.

İnsayder Jukanlosrevenin sözlərinə görə, DSCC tədqiqat şirkətinin proqnozuna əsasən, hibrid OLED ekranlı MacBook-a tələbat 2025-ci ildə 2 milyon ədəddən başlayacaq, 2026-cı ildə 5 milyon ədədə yüksələcək və 2027-2028-ci illərdə hər il 7,5-8 milyon ədədə çatacaq.

Sərt şüşə altlıqları çevik nazik film inkapsulyasiyası (TFE) ilə birləşdirən hibrid OLED texnologiyası onları mövcud analoqlardan daha incə edir. Jukanlosrevenin sözlərinə görə, bu məlumatlar Omdia şirkətinin 2025-ci ildə OLED ekranlı MacBook-un təqdimatı ilə bağlı gəldiyi qənaəti təsdiqləyir.

Bundan əvvəl internetə hələ təqdim edilməmiş Apple kompüterinin dizaynı və xüsusiyyətləri sızdırılmışdı.

Kaira Agayeva 

Finss.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Parlaq və nazik OLED ekranlı ilk MacBook-un buraxılış tarixi məlum olub — Fins.az — Fins.az