Oğuz taxılçıları bu il zəmilərdən 51 min tondan çox məhsul toplayıb

Oğuz taxılçıları bu il zəmilərdən 51 min tondan çox məhsul toplayıb

IKT
1,176


Oğuz rayonunun təsərrüfatlarında taxıl biçini kampaniyası başa çatıb. Cari mövsümdə rayonda 16 min 253 hektar sahənin məhsulu biçilib, 51 min 423 ton taxıl istehsal olunub. Hər hektardan orta məhsuldarlıq 31,6 sentner təşkil edib.

Bildirib ki, tədarük edilən taxılın 35 min 117 tonu buğda, 16 min 306 tonu isə arpadır. Buğda zəmilərində hər hektardan orta məhsuldarlıq 31,1 sentner, arpa sahələrində isə 32,5 sentner olub. Rayon üzrə ən yüksək məhsuldarlıq toxumçuluq təsərrüfatlarında qeydə alınıb. Belə ki, builki mövsümdə həmin təsərrüfatlarda hər hektardan 50 sentnerdən çox məhsul götürülüb.
Hazırda rayonunun təsərrüfatlarında payızlıq bitkilərin səpini üçün yay şumunun çıxarılması davam edir. İndiyədək təsərrüfatlarda 9 min hektaradək sahədə yay şumu çıxarılıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Oğuz taxılçıları bu il zəmilərdən 51 min tondan çox məhsul toplayıb — Fins.az — Fins.az