Kənd təsərrüfatında 30-dan çox süni intellekt modulu tətbiq ediləcək - Məcnun Məmmədov

Kənd təsərrüfatında 30-dan çox süni intellekt modulu tətbiq ediləcək - Məcnun Məmmədov

IKT
396

Azərbaycanda aqrar sahədə genişmiqyaslı rəqəmsal transformasiyanın ikinci mərhələsi həyata keçirilir.

Fins.az xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Milli Məclisin Aqrar siyasət komitəsində keçirilən “Kənd təsərrüfatında süni intellektin tətbiqi: nəticələr və perspektivlər” mövzusunda ictimai dinləmədə bildirib.

Nazirin sözlərinə görə, 2020-ci ildən yaradılan Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi fermerlərin dövlət xidmətlərinə çıxışını asanlaşdırıb və dövlət dəstəyinin şəffaflığını və səmərəliliyini artırıb. Rəqəmsal transformasiyanın yeni mərhələsi isə Aqrar Süni İntellekt layihəsinin həyata keçirilməsi ilə bağlıdır.

M.Məmmədov qeyd edib ki, layihə çərçivəsində aqrar sahədə qərarverməni məlumat əsaslı etmək üçün 30-dan çox süni intellekt modulu müəyyən edilib. Bu modullar torpaq, iqlim, peyk və sahə müşahidələri kimi müxtəlif məlumatları birləşdirərək həm dövlətin aqrar idarəçiliyində, həm də fermer təsərrüfatlarında qərarvermə prosesini dəstəkləyir.

Nazir əlavə edib ki, sistem vasitəsilə bitkilərin inkişafı, xəstəlik və zərərverici riskləri, torpaq xüsusiyyətləri, suvarma ehtiyacları və məhsuldarlıq proqnozları üzrə analitik məlumatlar hazırlanır və fermerlərə rəqəmsal platformalar vasitəsilə təqdim olunur.

Onun sözlərinə görə, bu yanaşma aqrar idarəetmədə ənənəvi təcrübədən məlumat əsaslı və proqnozlaşdırılan qərarvermə modelinə keçidi təmin edir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Kənd təsərrüfatında 30-dan çox süni intellekt modulu tətbiq ediləcək - Məcnun Məmmədov — Fins.az — Fins.az