Kənd təsərrüfatı nazirinin müavini Sabirabadda vətəndaşları qəbul edəcək

Kənd təsərrüfatı nazirinin müavini Sabirabadda vətəndaşları qəbul edəcək

IKT
1,282

Sentyabrın 15-də kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Sabirabadda vətəndaşları qəbul edəcək.

Bu barədə Fins.az-a Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.

Qəbul saat 10:00-da Sabirabad Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında keçiriləcək.

Qəbul zamanı vətəndaşların Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

Vətəndaş qəbulunda iştirak etmək istəyən şəxslər Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı Mərkəzi”nə (1652) və Sabirabad Dövlət Aqrar İnkişaf Mərkəzinə (077-299-11-54, 050-515-98-41) zəng etməklə qeydiyyatdan keçə bilərlər. 

Günel Məlikzadə 
Fins.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Kənd təsərrüfatı nazirinin müavini Sabirabadda vətəndaşları qəbul edəcək — Fins.az — Fins.az