Bu ilin fevralında Azərbaycan əməliyyat sistemləri bazarında pay dəyişib - SİYAHI

Bu ilin fevralında Azərbaycan əməliyyat sistemləri bazarında pay dəyişib - SİYAHI

IKT
453

2026-cı ilin fevral ayında Azərbaycanda əməliyyat sistemləri bazarında maraqlı dəyişikliklər baş verib.

Fins.az Global Stats Statistik Mərkəzinin məlumatlarına əsasən xəbər verir ki, “Android” əməliyyat sisteminin yerli bazar payı əvvəlki ayla müqayisədə 0,25 faiz bəndi azalararaq 36,02%-ə çatıb.

Azərbaycan əməliyyat sistemləri bazarında ikinci yeri “Microsoft Windows” tutur. Fevral ayında Windows-un bazar payı 31,2% olub ki, bu da noyabr göstəriciləri ilə müqayisədə 0,29 faiz bəndi azalma deməkdir.

Üçüncü mövqedə isə “iOS” əməliyyat sistemi qərarlaşıb. Onun bazar payı əvvəlki ayla müqayisədə 1,5 faiz bəndi artaraq 17,08%-ə yüksəlib.

Bu göstəricilər Azərbaycanda mobil və kompüter əməliyyat sistemlərinin bazar dinamikasının dəyişdiyini göstərir. Android hələ də lider olsa da, iOS-un yüksəlişi bazarda rəqabətin artdığını ortaya qoyur.

Fuad Mədətov
Fins.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Bu ilin fevralında Azərbaycan əməliyyat sistemləri bazarında pay dəyişib - SİYAHI — Fins.az — Fins.az