Heyvanların peyvənd edilməsi ilə bağlı haqq müəyyənləşdiriləcək

Heyvanların peyvənd edilməsi ilə bağlı haqq müəyyənləşdiriləcək

IKT
619

Dövlət sifarişi ilə heyvanların planlı profilaktik  və məcburi peyvənd edilməsi ilə  bağlı həyata keçirilən baytarlıq xidmətlərinə görə alınan xidmət haqqının məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.

Bu, "Baytarlıq haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Başqa sözlə, dəyişiklik heyvanların dövlət sifarişi ilə heyvanların planlı profilaktik və məcburi peyvənd edilməsi ilə  bağlı həyata keçirilən baytarlıq xidmətlərinə görə haqların müəyyən edilməsinə hüquqi əsas yaradacaq.

Layihə Milli Məclisin Aqrar siyasət komitəsi bu gün keçirilən iclasında müzakirə edilib və parlamentin plenar iclasına tövsiyə edilib.

 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Heyvanların peyvənd edilməsi ilə bağlı haqq müəyyənləşdiriləcək — Fins.az — Fins.az