Google Azərbaycanın axtarış bazarında payını 98,51 faizə yüksəldib

Google Azərbaycanın axtarış bazarında payını 98,51 faizə yüksəldib

IKT
215

Fins.az – Azərbaycanın axtarış sistemləri bazarında Google lider mövqeyini qorumaqda davam edir.

Global Stats Statistika Mərkəzinin məlumatına əsasən, 2026-cı ilin iyun ayının yekunlarına görə, Google ölkənin axtarış xidmətləri bazarında bütün platformalar – kompüterlər, mobil cihazlar və planşetlər üzrə 98,51 faiz bazar payına sahib olub.

Məlumata görə, bu göstərici 2026-cı ilin may ayı ilə müqayisədə 4,32 faiz bəndi artıb.

Hesabata əsasən, bazarda ikinci yeri tutan Yandexin payı 3,83 faiz bəndi azalaraq 0,78 faizə enib.

Üçüncü pillədə qərarlaşan Bingin bazar payı isə 0,25 faiz bəndi azalaraq 0,6 faiz təşkil edib.

Bununla yanaşı, DuckDuckGonun bazar payı 0,13 faiz bəndi azalaraq 0,06 faizə, ilk beşliyi tamamlayan Yahoo!nun payı isə 0,08 faiz bəndi geriləyərək 0,05 faizə düşüb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Google Azərbaycanın axtarış bazarında payını 98,51 faizə yüksəldib — Fins.az — Fins.az