ETX və Malayziya Milli CERT-i kibertəhlükəsizlik sahəsində əməkdaşlıq Memorandumu imzalayıb

ETX və Malayziya Milli CERT-i kibertəhlükəsizlik sahəsində əməkdaşlıq Memorandumu imzalayıb

IKT
828

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) kibertəhlükəsizlik sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi istiqamətində fəaliyyətini davam etdirir.

Finss.az xəbər verir ki, Bu məqsədlə ETX və Malayziyanın Milli CERT-i arasında onlayn formatda Anlaşma Memorandumu imzalanıb.

Sənəd kibertəhlükəsizlik sahəsində təcrübə və bilik mübadiləsini təşviq etmək, eləcə də bu istiqamətdə fəaliyyət göstərən mütəxəssislərin peşəkar inkişafına dəstək göstərmək məqsədi daşıyır.

Tərəflər, həmçinin informasiya təhlükəsizliyi insidentlərinin qarşısının alınması, birgə təlim və seminarların təşkili, qabaqcıl təcrübə və məlumat mübadiləsi, habelə yeni texnoloji həllər və innovativ yanaşmalar istiqamətlərində əməkdaşlıq edəcəklər.

Görüşdə tərəflər qeyd ediblər ki, bu sənəd informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində strateji tərəfdaşlığın genişləndirilməsi, həmçinin regional və qlobal təşəbbüslərdə qarşılıqlı dəstəyin gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
ETX və Malayziya Milli CERT-i kibertəhlükəsizlik sahəsində əməkdaşlıq Memorandumu imzalayıb — Fins.az — Fins.az