Elektron Təhlükəsizlik Xidmətinin fəaliyyəti “OIC-CERT”in illik hesabatında əksini tapıb

Elektron Təhlükəsizlik Xidmətinin fəaliyyəti “OIC-CERT”in illik hesabatında əksini tapıb

IKT
526

Fins.az - İslam Əməkdaşlıq Təşkilatının Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzləri Şəbəkəsi (OIC-CERT) üzv dövlətlərin kibertəhlükəsizlik ekosistemi, fəaliyyət istiqamətləri və nailiyyətlərini əks etdirən “OIC-CERT 2025 ANNUAL REPORT” illik hesabatını yayımlayıb.

Hesabatda Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında fəaliyyət göstərən Elektron Təhlükəsizlik Xidmətinin (ETX) 2025-ci il ərzində ölkədə kibertəhlükəsizlik mühitinin gücləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər, maarifləndirmə fəaliyyəti və beynəlxalq əməkdaşlıq çərçivəsində atdığı addımlar əks olunub.

Bununla yanaşı, ETX-nin beynəlxalq kibertəhlükəsizlik platformalarında aktiv iştirakı, tərəfdaş qurumlarla əməkdaşlığın genişləndirilməsi və qlobal kibertəhlükəsizlik təşəbbüslərinə verdiyi töhfələr də diqqətə çatdırılıb.

Qeyd edək ki, “OIC-CERT” üzv dövlətlər arasında kibertəhlükəsizlik sahəsində əməkdaşlığın inkişafı, təcrübə mübadiləsinin təşviqi və qlobal kiberməkanın təhlükəsizliyinin təmin olunması məqsədilə fəaliyyət göstərən beynəlxalq platformadır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Elektron Təhlükəsizlik Xidmətinin fəaliyyəti “OIC-CERT”in illik hesabatında əksini tapıb — Fins.az — Fins.az