Dağıstandan idxal olunmuş kartoflarda çürümə aşkarlanıb

Dağıstandan idxal olunmuş kartoflarda çürümə aşkarlanıb

IKT
1,251

Dağıstandan idxal olunmuş kartoflarda çürümə aşkarlanıb.

"Fins.az" xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi müfəttişləri tərəfindən keçirilən fitosanitar nəzarət tədbirləri zamanı Rusiya Federasiyasından ölkəmizə idxal olunan toxumluq kartof məhsullarından nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) müvafiq laboratoriyasına təqdim edilib. 

Müayinələr nəticəsində aşağıdakı məhsul partiyalarında karantin tətbiq edilən orqanizm – kartof yumrularında halqavari bakterial çürümə (Clavibacter michiganensis subsp. Sepedonicus) aşkar olunub:

Rusiya Federasiyasının Dağıstan Respublikası, Dərbənd rayonunda fəaliyyət göstərən K.T.Abdusalamoviçə məxsus müəssisədən "Elşadoğlu Trade" MMC tərəfindən idxal olunan 20.5 ton toxumluq kartof məhsulu;

Rusiya Federasiyasının Dağıstan Respublikası, Suleyman-Stalski rayonunda fəaliyyət göstərən S.N.Sovzıxonoviçə məxsus müəssisədən fiziki şəxs Nağıyev Səfər Ələsgər oğlu tərəfindən idxal olunan 67 ton toxumluq kartof məhsulu.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Dağıstandan idxal olunmuş kartoflarda çürümə aşkarlanıb — Fins.az — Fins.az