Bu rayonda tarlalardan indiyədək 1390,8 ton məhsul yığılıb

Bu rayonda tarlalardan indiyədək 1390,8 ton məhsul yığılıb

IKT
769

Bakı, 06 noyabr Fins.az 

Ağsu rayonunda pambıq yığımı davam edir və tarlalardan artıq 1390,8 ton məhsul toplanıb.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, cari mövsümdə 600 hektar sahədə mühüm strateji məhsul olan pambıq yetişdirilib. İndiyədək toplanan məhsulun 798,4 tonu əl ilə, 592,4 tonu isə maşınla yığılıb. Hazırda hər gün sahələrə 300 nəfərdən çox işçi qüvvəsi çıxır, 2 pambıqyığan maşından istifadə olunur. Toplanan məhsul “P-Aqro” MMC-nin Ağsu qəbul məntəqəsinə təhvil verilir.

Sahələrdə hələ məhsul çoxdur. Hər yerdə, xüsusilə daha çox pambıq əkilən Ləngəbiz, Gəgəli, Çaparlı, Ərəbmehdibəy və bir sıra digər ərazi bölgələrində ağır zəhmət bahasına yetişdirilən məhsulun son qozasınadək yığılması üçün ciddi səy göstərilir.

© azertac

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Bu rayonda tarlalardan indiyədək 1390,8 ton məhsul yığılıb — Fins.az — Fins.az