Bu gün "Mingəçevir Reqatası-2024" beynəlxalq turnirinə yekun vurulacaq

Bu gün "Mingəçevir Reqatası-2024" beynəlxalq turnirinə yekun vurulacaq

IKT
224

Bu gün avarçəkmə üzrə "Mingəçevir Reqatası-2024" beynəlxalq turnirinə yekun vurulacaq.

Finss.az xəbər verir ki, yarışın son günü “Kür” Olimpiya Tədris-İdman Mərkəzində baş tutacaq.

Azərbaycan idmançıları iki gündə 11 medal (3 qızıl, 3 gümüş, 5 bürünc) qazanıblar.

Turnirin ikinci günü oktyabrın 17-də işğaldan azad olunmuş Füzuli şəhərində yerləşən Aşağı Köndələnçay su anbarında təşkil olunub.

Yarışda Azərbaycan, Estoniya, Gürcüstan, İtaliya, Macarıstan, Qazaxıstan, Litva, Moldova, Polşa, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dək idmançı mübarizə aparır.

Qeyd edək ki, Gənclər və İdman Nazirliyi, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) birgə təşkilatçılığı ilə keçirilir.

Kaira Agayeva 

Finss.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Bu gün "Mingəçevir Reqatası-2024" beynəlxalq turnirinə yekun vurulacaq — Fins.az — Fins.az