BIS: Böyük IT şirkətləri süni intellekt bazarını ələ keçirir

BIS: Böyük IT şirkətləri süni intellekt bazarını ələ keçirir

IKT
672

Fins.az - Beynəlxalq Hesablama Bankının (BIS) ekspertləri süni intellekt (Sİ) texnologiyaları bazarındakı trendləri araşdırıb.

Araşdırmaya görə, iri IT şirkətləri Sİ məhsullarının istehsal zəncirində bir neçə seqmenti nəzarətdə saxlayaraq həm bazarda genişlənir, həm də rəqiblərin girişini əngəlləyirlər.

İstehsal zənciri beş seqmentdən ibarətdir: çiplər, infrastruktur (data mərkəzləri, bulud xidmətləri), məlumat və işləmə alətləri, əsas Sİ modelləri və istifadəçi tətbiqləri. Son 20 ildə böyük şirkətlər bu səviyyələrdə iştirakını artırıb: 2000-ci illərdə orta hesabla 2 səviyyədə fəaliyyət göstərirdilər, indi isə 3–4 səviyyədədirlər.

Analitiklər iki əsas nəticəni vurğulayır: bu, daxili inteqrasiyanı və innovasiyaları sürətləndirir, amma bazar konsentrasiyasını artıraraq yeni oyunçuların girişini çətinləşdirir. ABŞ, Tayvan, Cənubi Koreya və Niderlandda Sİ-giqanların bazar payı 30–40%-dir. Ekspertlər dövlətlərin Sİ bazarında rəqabət, təhlükəsizlik və dayanıqlılığı təmin etmək üçün həm öz potensiallarını inkişaf etdirməli, həm də makroiqtisadi nəzarət və antimonopol tənzimləmə tətbiq etməli olduğunu vurğulayır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
BIS: Böyük IT şirkətləri süni intellekt bazarını ələ keçirir — Fins.az — Fins.az