Birinci rübdə 117,4 min hektar sahədə yazlıq bitkilər əkilib

Birinci rübdə 117,4 min hektar sahədə yazlıq bitkilər əkilib

IKT
607

Kənd təsərrüfatında yaz-tarla işləri aparılır. Cari ilin yanvar-mart aylarında 117,4 min hektar sahədə yazlıq bitkilər, o cümlədən 16,7 min hektar sahədə dənlilər və dənli paxlalı bitkilər əkilib.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, həmin dövr ərzində, həmçinn 29,2 min hektar sahədə kartof, 24,7 min hektar sahədə tərəvəz, 4,1 min hektar sahədə bostan bitkiləri, 0,5 min hektar sahədə şəkər çuğunduru, 1000 hektar sahədə dən üçün günəbaxan, 40,8 min hektar sahədə çoxillik otlar və 0,4 min hektar sahədə birillik otlar əkilib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Birinci rübdə 117,4 min hektar sahədə yazlıq bitkilər əkilib — Fins.az — Fins.az