Balakəndə 537 hektarda yazlıq bitkilər əkilib

Balakəndə 537 hektarda yazlıq bitkilər əkilib

IKT
783

Balakən rayonunun təsərrüfatlarında yazlıq bitkilərin əkininə başlanılıb. Qısa müddətdə 537 hektar sahədə yazlıq əkin aparılıb.

Rayon Statistika İdarəsindən bildiriblər ki, məhsul istehsalçıları indiyədək 246 hektar sahədə kartof və 206 hektarda tərəvəz bitkiləri əkib, 85 hektar sahəyə yonca səpiblər.

Təsərrüfatlarda, eyni zamanda, tütün əkini üçün şitillərin yetişdirilməsi və taxıl əkinlərinə aqrotexniki xidmət işləri də davam etdirilir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Balakəndə 537 hektarda yazlıq bitkilər əkilib — Fins.az — Fins.az