Balakəndə 2 mindən çox fermer elektron sistem üzərindən subsidiya alıb

Balakəndə 2 mindən çox fermer elektron sistem üzərindən subsidiya alıb

IKT
801

Balakən rayonu üzrə payızlıq əkinlə məşğul olan 2 mindən çox fermer bu günədək elektron sistem üzərindən “Fermer kartı” vasitəsilə subsidiya alıb.

Bu barədə Balakən Dövlət Aqrar İnkişaf Mərkəzinin direktor müavini Elvin Səmədov məlumat verib.

Qurum rəsmisi bildirib ki, Balakən rayonunda indiyədək elektron sistemdə 7 min 802 fermer öz fərdi identifikasiya nömrəsi ilə qeydiyyatdan keçib. Onlardan 5 min 988 nəfəri payızlıq əkinlərini bəyan edib. İndiyədək 3 min 161 fermerin kartına subsidiya köçürülüb. 2060 fermer “Kapital Bank”ın rayon filialından “Fermer kartı”nı götürərək, subsidiya vəsaitindən istifadə edib.

Fermerlərin payızlıq əkin bəyanlarının yoxlanılması, kartların paylanması və subsidiyaların “Fermer kart”larına köçürülməsi prosesi davam edir.

©azertac

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Balakəndə 2 mindən çox fermer elektron sistem üzərindən subsidiya alıb — Fins.az — Fins.az