Azərbaycanın internet sürəti artdı: Türkiyə və Gürcüstanı geridə qoydu

Azərbaycanın internet sürəti artdı: Türkiyə və Gürcüstanı geridə qoydu

IKT
378

Bu ilin fevral ayında Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə (91,27 Mbps) görə əvvəlki aya nisbətən 1 pillə irəliləyərək 153 ölkə arasında 80-ci olub.

Fins.az"Speedtest Global Index"ə istinadən xəbər verir ki, ötən ay bir il əvvəlki göstərici (69,15 Mbps) ilə müqayisədə ölkədə sabit genişzolaqlı internetin orta sürəti 32 % artıb.

Azərbaycan bu göstərici ilə Türkiyə (77,68 Mbps), İran (23,53 Mbps), Gürcüstan (44,35 Mbps), Ermənistan (82,77 Mbps), Belarusu (90,78 Mbps), Qazaxıstan (88,13 Mbps), Qırğızıstanı (86,25 Mbps) və Tacikistanı (41,85 Mbps) geridə qoyub.

Azərbaycan ötən ay mobil internetin sürətinə görə isə əvvəlki aya nisbətən 2 pillə irəliləyərək 94,95 Mbps sürətlə 104 ölkə arasında 50-ci olub.

Hesabat ayında Bakı şəhərinin sabit genişzolaqlı internetin sürətinə görə mövqeyi əvvəlki aya nisbətən 2 pillə irəliləyərək 201 şəhər arasında 91,01 Mbps sürətlə 113-cü yerdə qərarlaşıb.


OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanın internet sürəti artdı: Türkiyə və Gürcüstanı geridə qoydu — Fins.az — Fins.az