Azərbaycanda sosial şəbəkə istifadə göstəriciləri açıqlanıb

Azərbaycanda sosial şəbəkə istifadə göstəriciləri açıqlanıb

IKT
353

2026-cı ilin aprel ayında Azərbaycanda istifadəçilərin Facebook sosial şəbəkəsində fəallığı əvvəlki ayla müqayisədə 2,51 faiz bəndi artaraq 28,83% təşkil edib.

Fins.az “Global Stats” Statistika Mərkəzinə istinadən xəbər verir ki, ikinci yerdə YouTube platforması qərarlaşıb və onun payı 27,27% təşkil edib. Bu göstərici aylıq müqayisədə 1,42 faiz bəndi azalma ilə qeydə alınıb.

Sosial şəbəkələr siyahısında üçüncü yerdə Instagram dayanır və onun payı 18,27% təşkil edib. Bu göstərici əvvəlki ayla müqayisədə 0,74 faiz bəndi azalıb.

Dördüncü pillədə Pinterest yer alıb və onun bazar payı 10,44% təşkil edib ki, bu da 1,75 faiz bəndi artım deməkdir.

Beşinci yerdə X (social network) platforması 6,62% göstərici ilə qərarlaşıb və aylıq müqayisədə 1,15 faiz bəndi azalma qeydə alınıb.

Reytinqdə altıncı yeri Reddit 4,18% payla tutub, bu göstərici 0,22 faiz bəndi azalma deməkdir.

LinkedIn isə 3,65% payla siyahıda daha aşağı pillədə qərarlaşıb və aylıq müqayisədə 0,43 faiz bəndi azalma göstərib. Digər sosial platformaların ümumi payı isə 0,74% təşkil edib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda sosial şəbəkə istifadə göstəriciləri açıqlanıb — Fins.az — Fins.az