Azərbaycanda quş əti istehsalı üçün avadanlıq dəsti güzəştlə satılacaq - QƏRAR

Azərbaycanda quş əti istehsalı üçün avadanlıq dəsti güzəştlə satılacaq - QƏRAR

IKT
549

Kənd Təsərrüfatı Nazirliyi Kollegiyası “Aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların Siyahısı”nda dəyişiklik edib.

Fins.az xəbər verir ki, bununla bağlı nazir Məcnun Məmmədov yeni qərar imzalayıb.

Qərara əsasən, bundan sonra quş əti istehsalı üçün avadanlıq dəsti (yemləmə, sulama, havalandırma-soyutma, isitmə, işıqlandırma və idarəetmə sistemləri daxil olmaqla) siyahıya daxil edilib.

Qərarın icrasına nəzarət nazir müavini İlhamə Qədimovaya tapşırılıb.

Nazirliyin Aparatının Hüquq şöbəsinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.

Fuad Mədətov
Fins.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda quş əti istehsalı üçün avadanlıq dəsti güzəştlə satılacaq - QƏRAR — Fins.az — Fins.az